"Səbail" yeni transferlərini açıqladı

"Səbail" yeni mövsüm üçün ilk transferlərini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Kamal Qurbanov və Emin Mehtiyev paytaxt klubu ilə 1 illik müqavilə imzalayıblar.

"Neftçi"nin yetirməsi olan 23 yaşlı müdafiəçi Kamal Qurbanov bu klubun əsas komandasında həm Premyer Liqada, həm də avrokuboklarda çıxış edib.

Son olaraq "Zaqatala"nın formasını geyən Emin Mehtiyev də "Neftçi"nin yetirməsi hesab olunur. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Neftçi"nin əsas komandasında avrokubok həyacanı yaşamaqla yanaşı, "Abşeron"un heyətində də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right