Millimizdə yeni futbolçu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 9-dək Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olacaq.

Newsport.az-ın məlumatına görə, Yaşar Vahabzadə iyunun 9-dək davam edəcək hazırlıq prosesinə 19 futbolçu çağırıb. Onların arasında ilk dəfə milliyə dəvət alan futbolçu var. Söhbət Onur Albayrakdan gedir. 20 yaşlı futbolçu ilk dəfə siyahıda yer alıb. Hücumçu mövqeyində çıxış edən Onur əvvəllər Danimarkanın 17 yaşadək futbolçulardan ibarət yığmasında keçirdiyi 4 oyunda 1 qol vurub. Forvard Danimarkanın U-18 komandasında da 2 oyun keçirib.

Albayrak Danimarkanın I Divizionunda çıxış edən "Hobro" klubunda çıxış edir. Onun komandası növbəti mövsümdən etibarən Danimarka Super Liqasında çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right