Qriqorçuk qayıdır

İyunun 7-də Roman Qriqorçuk "Qəbələ"nin düşərgəsinə qoşulacaq.

Newsport.az-ın məlumatına görə, bu haqda “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. Ukraynalı mütəxəssis bundan sonra klubu ilə yeni müqavilə imzalayacaq.

Hələlik isə “Qəbələ” yerli futbolçuların iştirakı və Roman Qriqorçukun köməkçilərinin nəzarəti ilə məşqləri davam etdirir. İyulun 7-dən legioner futbolçular da komandanın düşərgəsinə qoşulacaq və toplanış üçün "Qəbələ" Avstriyaya gedəcək.

Xatırladaq ki, R.Qriqorçukun “Qəbələ” ilə müqaviləsi 2016/17 mövsümündə başa çatıb. Klub onunla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gəlib.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right