"Qarabağ"ın Kayl Lafferti planı

Şimali Irlandiya millisinin və İngiltərənin "Norviç" klubunun futbolçusu Kayl Lafferti karyerasını Azərbaycanda davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, bu barədə məşhur “Belfast Telegraph” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, son ölkə çempionumuz “Qarabağ” 29 yaşlı hücumçunu transfer etmək istəyir. İddiaya görə, Ağdam klubu Çempionlar Liqasında daha yaxşı çıxış etmək üçün heyətini bir neçə futbolçu ilə gücləndirəcək. Həmin futbolçular arasında Laffertinin adı da var. 

“Atlılar”ın məşqçilər korpusu Laffertinin oyununu DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Bakıda baş tutacaq Azərbvaycan – Şimali İrlandiya oyununda izləyəcək. Bundan sonra futbolçu ilə bağlı yekun qərar veriləcək. 

"Norviç"in şotlandiyalı futbolçusu Rassel Martin də bir müddət öncə verdiyi açıqlamada Laffertinin Azərbaycana köçə biləcəyini demişdi. O, forvardın Azərbaycanla yanaşı, Qazaxıstan klublarından təklif aldığını açıqlamışdı.

Qeyd edək ki, Lafferti bu mövsüm "Norviç"in heyətində 17 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right