Kamal Quliyev "Neftçi"də

Kamal Quliyev “Neftçi”nin yeni idman direktoru vəzifəsinə təyin olunub. 

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb.

1997-2002-ci illər aralığında “Neftçi”nin şərəfini qorumuş Quliyev bu komandada 109 oyun keçirib və 19 qola imza atıb. O, “ağ-qaralar”da məşqçi kimi də fəaliyyət göstərib. Bu, 2011-2014-cü illərə təsadüf edib.

Qeyd edək ki, Quliyevin son iş yeri tarixin yaddaşına qovuşmuş "Neftçala" olub. Mütəxəssis ardıcıl 2 dəfə bu komandaya baş məşqçi kimi 1-ci dvizionun çempionluğunu yaşadıb.

sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right