"Zirə" Rumıniya klubuna rəqib oldu

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” iyunun 10-da Türkiyəyə yollanacaq.

Newsport.az-ın məlumatına görə, 11 gün qardaş ölkədə qalacaq paytaxt təmsilçisi 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

“Zirə” təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq matçını ayın 20-də Rumıniya təmsilçisi “Vitorul”a qarşı keçirəcək. Əvvəlki iki qarşılaşmadakı rəqibin kimliyi isə hələ müəyyənləşməyib. Bununla belə, bu komandalardan birinin Gürcüstan klubu olacağı bəllidi. Bakılıların ilk iki görüşünü müvafiq olaraq iyunun 13-də və 17-də keçirməsi planlaşdırılır.  

Qeyd edək ki, “Zirə” Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. (Apasport)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right