"Qarabağ" hazırlıqlara start verdi FOTOLAR

“Qarabağ” bu gündən etibarən 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib.

 

Newsport.az-ın məlumatına görə, ilk məşq günorta saatlarında klubun bazasında start götürüb. Komandanın ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov və Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib. Millimizin heyətində olan 8 futbolçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib. Daha bir futbolçu Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.

 

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  mayın 5-i keçirilən ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right