Millimizin Avstriyada yoldaşlıq oyunu keçirməməsinin səbəbi məlum oldu

Azərbaycan milli komandasının Avstriyadakı təlim-məşq toplanışından yoldaşlıq görüşü keçirmədən qayıtmasının səbəbi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, toplanış müddətində məqsəd reytinqcə daha güclü rəqiblə üz-üzə gəlməkdən ibarət olub. AFFA rəsmisi bildirib ki, yoldaşlıq görüşlərinin təşkili ilə məşğul olan şirkətlərlə danışıqların aparılsa da, potensial rəqiblərin planlarında dəyişiklik baş verib: "Zəif rəqiblərlə isə oynamaq istəmədik. Nəticədə hazırlıq prosesi zamanı heç bir yoldaşlıq görüşü keçirilmədi".

Qeyd edək ki, Azərbaycan millisi Avstriyaya mayın 20-də yollanıb. Toplanış iyunun 2-də başa çatacaq. Hazırlıq prosesi Şimali İrlandiyaya qarşı iyunun 10-da Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq xarakteri daşıyır.

Report





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right