Zenyov "Qəbələ"dən gedişinin səbəbini açıqladı

“Hazırda Talllindəyəm. Millinin heyətində məşq edir, qarşıdakı oyunlarmıza hazırlaşıram”.

Newsport.az-ın məlumatına görə, bu sözləri mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılan Sergey Zenyov deyib. 28 yaşlı forvard “Qəbələ” ilə yeni müqavilə imzalamamasından da danışıb. Zenyov “qırmızı-qaralar”ın təklif etdiyi müqavilə şərtlərinin onu razı salmadığını deyib: “Mayın 5-də “Qəbələ” ilə müqaviləm başa çatdı. Görüşdük və klubun yeni şərtləri məni razı salmadı. Buna görə də müqavilə imzalamaqdan imtina etdim”.

Estoniya millisinin üzvü gələcək karyerası haqda söz açıb: “Hansı klubda oynayacağımı bilmirəm. Bu işlərlə menecerim məşğul olur. Agentim bir neçə variantın olduğunu deyib. Hər bir təklifi ayrı-ayrılıqda dəyərləndirəcəm”.

Qeyd edək ki, Zenyov 2015-ci ildə “Torpedo”dan “Qəbələ”yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right