“Səbail”ə keçmədi, ölkə xaricində oynamaq istəyir

Yunanıstanın AEL klubundan ayrılan Amit Quluzadənin karyerasını hansı klubda davam etdirəcəyi hələlik müəyyənləşməyib.

Newsport.az-ın məlumatına görə, onun Premyer Liqaya yeni vəsiqə qazanan “Səbail”lə müqavilə imzalayacağı deyilsə də, bu keçid reallaşmayacaq. Quluzadə “Səbail”dən təklif aldığını təsdiqləyib. Ancaq o, karyerasını ölkə xaricində davam etdirmək istədiyi üçün Bayıl klubuna keçməyə razılıq verməyib.

Qeyd edək ki, yarımmüdafiəçi “Neftçi”nin yetirməsidir. 24 yaşlı futbolçu karyerası ərzində ölkəmizdə “Rəvan”, “Qəbələ” və “Sumqayıt” kimi komandalarda forma geyinib.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right