Rusiyalı şərhçi azərbaycanlılara seminar keçəcək

Azərbaycanda fəaliyyət göstərən televiziya və radioda çalışan idman (xüsusilə də futbol) şərhçiləri üçün seminar keçiriləcək.
 
Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iyunun 6-da AFFA-nın Futbol Akademiyasında assosiasiyanın təşəbbüsü və maliyyə dəstəyi ilə gerçəkləşəcək.
 
Seminara rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmak rəhbərlik edəcək.
 
Qeyd edək ki, AFFA-nın təşəbbüsü və maliyyə dəstəyi ilə ilk belə seminar 2009-cu ildə məşhur teleşəhərçi Vladimir Maslaçenko tərəfindən keçirilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right