Heydər Əliyev kubokunun qalibi bəlli oldu

Heydər Əliyev Kuboku uğrunda keçirilən futbol turnirinə yekun vuruldu.

 

Newsport.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışda 4 komanda – “Araz Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala” iştirak etdilər. Yarışın qalib və mükafatçıları sonuncu turda müəyyənləşdi.

 

Günün ilk oyununda "Zaqatala" və "Mil-Muğan" komandaları qarşılaşdılar. 1-1 hesabı ilə yekunlaşan görüşdə "Zaqatala"dan 20-ci dəqiqədə Yusif Pranov "Mil-Muğan"dan isə 90+2-ci dəqiqədə Emin Cəfərquliyev fərqləndi. Bu oyunda "Zaqatala" ilk, "Mil-Muğan" isə 5-ci xalını qazandı.

 

Yarışın qalibi isə günün son oyununda müəyyənləşdi. "Araz Naçıvan"ı 90+2-ci dəqiqədə Ruslan Nəsirlinin qolu ilə 1-0 hesabı ilə məğlub edən MOİK 7 xalla yarışın qalibi oldu. Yarışın gümüş medallarını aktivində 5 xal olan "Mil-Muğan", bürünc medalını isə 3 xallı "Araz Naxçıvan" yiyələndi.

   

Turnirdə eyni zamanda fərdi nominasiyalar üzrə qaliblər də mükafatlandırıldı. 

 

Ən yaxşı qapıçı – Əli Həsənli (MOİK)
Ən yaxşı oyunçu – Tofiq Mikayılov (“Mil Muğan”)
Ən yaxşı bombardir – Rəhman Musayev  (MOİK)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right