AFFA-nın dəstəyi ilə “Grassroots” layihəsi çərçivəsində Bayıl stadionunda qızlar və oğlanlar arasında 3x3 turniri keçirilib.
Newsport.az-ın məlumatına görə, məlumatına görə, yarış iki yaş qrupu - 2008-2010 və 2005-2007-ci illər üzrə təşkil olunub.
2008-2010-cu il təvəllüdlü qızlardan ibarət 16 komanda (80 futbolçu), 2005-2007-ci il təvəllüdlü qızlardan ibarət 19 komanda (95 futbolçu 2008-2010-cu il təvəllüdlü oğlanlardan ibarət 16 komanda (80 futbolçu), 2005-2007-ci il təvəllüdlü oğlanlardan ibarət 32 komanda (160 futbolçu) qeydiyyatdan keçib.
Ümumilikdə 300 nəfərdən artıq iştirakçı qeydə alınıb ki, onlardan 90%-i yeni iştirakçıdı.
2008-2010 yaş qrupu (qızlar)
I yer - Viktoriya
II yer - Xəzər
III yer - Aslanlar
2005-2007 yaş qrupu (qızlar)
I yer - Gömrükçü
II yer - Fidan
III yer - Amasya
2008-2010 yaş qrupu (oğlanlar)
I yer - Gömrükçü
II yer - Viktoriya
III yer - MOİK
2005-2007 yaş qrupu (oğlanlar)
I yer - Güclülər
II yer - Xəzər-2
III yer - Fənərbağça