"Neftçi"də yeni təyinat

"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri bəlli olub. Mehman Rəsulovdan boşalan post "CBC Sport"un şərhçisi və "Kalçomaniya" verilişinin aparıcılarından biri Rüstəm Əfsərliyə tapşırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə kanalın rəsmi saytı bəyanat yayıb. Bildirilib ki, o, "Neftçi"də fəaliyyətə başlasa da, "CBC Sport"da da şərhçi işini davam etdirəcək:

"Təəssüf hissi ilə bildiririk ki, “CBC Sport” TV-nin yaradıcılarından və qurucularından biri, şərhçilər qrupunun rəhbrəri Rüstəm Əfsərli sıralarımızı tərk edir. Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub. İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi” PFK-da davam etdirəcək. Amma, qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək. “CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right