"CBC Sport"dan bəyanat

"CBC Sport"un sıralarını daha bir jurnalist tərk edib.

Newsport.az-ın məlumatına görə, kanalın saytı bununla bağlı bəyanət yayıb.:

"Təəssüf hissi ilə bildiririk ki, “CBC Sport” TV-nin yaradıcılarından və qurucularından biri, şərhçilər qrupunun rəhbrəri Rüstəm Əfsərli sıralarımızı tərk edir.

Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub.

İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi”də davam etdirəcək. Amma, qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək.
“CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right