Rəşad Sadıqovdan şad xəbər

Azərbaycan milli komandası DÇ-2018-nin seçmə mərhələsində Şimali İrlandiya yığması ilə ev oyununa hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Bakıda qısa hazırlıqdan sonra Robert Prosineçkinin yetirmələri təlim-məşq toplanışını mayın 20-dən Avstriyada davam etdirir.

Daha öncə xəbər veridiyimiz kimi, millimiz toplanış çərçivəsində tam heyətlə çalışa bilmirdi. Belə ki, yığmamızın kapitanı Rəşad Sadıqov zədə səbəbindən komanda ilə birgə məşq etmirdi. Ancaq əldə etdiyimiz son məlumata görə, kapitanın durumu yaxşıdır. Azərbaycan kubokunun finalında “Qəbələ” ilə matçda zədə alan təcrübəli futbolçu dünəndən etibarən çalışmalara başlayıb.

Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right