"Qarabağ" gürcüləri məğlub etdi

Tiflisdə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə iştirak edən “Qarabağ”ın U-11 komandası artıq iki görüş keçirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Tbilisi “Dinamo”sunun akademiyasının meydançalarında baş tutan oyunlarda dünən “İveriya”, bu gün isə “Olimpik”lə qarşılaşıb.

“Qarabağ” ilk oyundan 4:1, ikinci matçdan isə 3:1 hesablı qələbəylə ayrılıb. 

Birinci qrupda yarışan ağdamlılar növbəti matçında “Champion”la qarşılaşacaq. Yarış isə iyunun 2-nə qədər davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right