"Qəbələ" Macarıstanda bürünc medal uğrunda mübarizə aparacaq

Macarıstanda keçirilən Laslo Kubalanin xatirəsinə həsr olunan turnirdə ilk oyun gününə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turnirə eyniadlı komanda ilə görüşlə start verib.

“Qırmızı-qaralar” meydan sahibləri ilə görüşdən 1 xalla ayrılıb – 0:0.

Qrupdakı son matçında komanda İsveçin AİK klubu ilə qarşılaşıb. İbrahim Camalovun rəqib qapısına yol tapdığı görüş 1:1 hesabı ilə nəticələnib. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda topladığı 2 xalla qrup mərhələsini 2-ci pillədə başa vurub. Skandinaviyalıları 1:0 hesabı ilə yenən meydan sahibləri isə 1-ci yerlə finala yüksəlib.

“Qəbələ” sabah 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Slovakiya təmsilçisi “Rujomberok”la ilə üz-üzə gələcək. Kubokun qalibi isə “Vaşaş Kubala Akademiyası” ilə Polşa “Zaqlebiye”si arasındakı matçda bəlli olacaq. AİK-lə Serbiya “Voyvodina”sı 5-ci yer uğrunda matça çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right