"Neftçi" Gürcüstanda qarşısıalınmazdır

Neftçi"nin U-10 və U-9 komandaları Tiflisdə təşkil edilən keçmiş futbolçu və məşqçi, SSRİ-nin əməkdar idman ustası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın müvafiq yaş qrupu üzrə təmsilçiləri oyun keçirib və hamısını qələbə ilə başa vurublar:

 

"Neftçi” U-10 – "35 №-li məktəb” U-10 komandası (Tiflis) 2:1
Qollar: Lorenzo Mezeterro (2).

"Neftçi” U-10 – "Liaxvi” U-10 (Tsxinvali) 9:0
Qollar: Lorenzo Mezeterro (4), Vüsal Kərimov (2), Fərid Əhmədov, Amin Nəzərli, Əli Aslanzadə.

"Neftçi” U-9 – "Samqori” U-9 (Qardabani) 5:1
Qollar: Vüsal Kərimov (2), Abduləziz Cabbarlı, Fuad Kərimli, Lorenzo Mezeterro.

Qeyd edək ki, turnir iyunun 2-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right