Kamran Ağayev Rusiya Premyer Liqasında? İDDİA

Futbol üzrə Azərbaycan milli komandasının klubsuz qalan qapıçısı Kamran Ağayevin Rusiya Premyer Liqasında çıxış etmə variantı yaranıb.
 
Newsport.az-ın məlumatına görə, 31 yaşlı qolkiper "Amkar" klubunun maraq dairəsindədir.
 
Hazırda Ağayev Avstriyada hazırlıq keçən yığmanın düşərgəsindədir. Perm təmsilçisinin skautları da məhz orada təcrübəli oyunçunu izləyiblər. Artıq klubla qapıçının meneceri arasında danışıqların getdiyi və bu transferin baş tutma ehtimalının böyük olduğu bildirilir.
 
Qeyd edək ki, "Amkar" 2016-2017 mövsümünü 35 xalla 10-cu pillədə başa vurub. Komandanın baş məşqçisi Hacı Hacıyevdir. Dağıstanlı mütəxəssis 1983 - 1985-ci illərdə "Neftçi"də çalışıb. H.Hacıyev 2010-2011-ci illərdə "Anji"nin sükanı arxasında olduğu vaxt hazırda AFFA Məşqçilər Komitəsinə rəhbərlik edən Vaqif Sadıqov onun köməkçisi olub. (report)
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right