"Qarabağ" Gürcüstan klubları ilə qarşılaşacaq

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq.
 
Newsport.az-ın məlumatına görə, ağdamlılar Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

 

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. “Qarabağ” birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.

 

Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right