"Neftçi"nin mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşdi

"Neftçi"nın mitbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu vəziyəyə Azərbaycanın tanınmış idman jurnalisti və şərhçisi Rüstəm Əfsərli təyin olunub. Onun təyinatı iyunun 1-də rəsmən elan olunacaq. Məlumatı saytımıza açıqlamasında tanınmış jurnalistin özü də təsdiqləyib.

Əfsərli bunadək "Simurq" və AZAL-da işləyib. 2015-ci ildə "CBC Sport" yaranandan isə onun sıralarında olaraq şərhçilər qrupuna rəhbərlik edirdi. O, eyni zamanda həmin telekanalda İtaliya futbolu haqda efirə gedən "Kalçomaniya" teleproqramının müəllifi və aparıcısı idi.

Xatırladaq ki, "Neftçi"nin bundan öncəki mətbuat xidməti rəhbəri də televiziyaçı - keçmiş ANS-çi Mehman Rəsulov olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right