"Qarabağ"ın futbolçusu: "Premyer Liqada oynamağa hazıram"

"Mövsümün əvvəlində Aftandil Hacıyev məni "Qarabağ"a dəvət etdi. Açığı əvəzedicilərin çempionatında oynamaq istəmirdim. Amma Premyer Liqada komandaların sayı az olduğu üçün əvəzedici heyətdə oynamağa razılıq verdim".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın əvəzedici heyətinin futbolçusu Şahin Əliyev bildirib. 13 qolla əvəzedicilərin çempionatının ən məhsuldar futbolçusu olan gənc forvard geridə qalan mövsümü dəyərləndirib:

"Ümumiyyətlə mövsüm bizim üçün çətin keçdi. Premyer Liqada 8 komandanın olmağı bizim əsas komandada oynamamağımıza gətirib çıxarır. Ona görə də məcbur olub əvəzedici heyətdə oynayırıq. Amma buna baxmayaraq sevinirəm ki, sonda hər şey bizim üçün yaxşı oldu. Komandamız çempionluq qazandı, mən də bombardir oldum. Mənə elə gəlir ki, əvəzedici heyətdə bunlar o qədər də önəmli deyil. Çünki əsas komandada oynamaq lazımdı. Amma görürəm ki, 2 mövsümə 30-dan çox qol vursam da, heç bir klubdan təklif yoxdu".

22 yaşlı hücumçu Premyer Liqada oynamağa hazır olduğunu düşünür. O, gələcək karyerası ilə bağlı da danışıb:

"Düşünürəm ki, artıq Premyer Liqada oynamaq zamanımdı və buna hazıram. Amma bu təkcə məndən asılı olan iş deyil. Əsas məşqçilərimin fikridi. Türkiyənin BAL liqasından təklif almışam. Baş məşqçi zəng eləmişdi. Amma mənim istəyim Azərbaycan Premyer Liqasında oynamaqdı. Əgər bu baş tutmasa, Türkiyədən gələn təklifi dəyərləndirəcəm.

2 il əvvəl "Sumqayıt"ın əsas komandasında Premyer Liqa oyunlarında meydana çıxmışam. Amma ondan sonra şans verilmədi. Son üç mövsümdə 50-dən çox qol vurmuşam. Artıq Premyer Liqada oynamaq istəyirəm. Əgər mənə şans verilsə, dəyərləndirərəm.

2015/2016 mövsümündə Premyer Liqada debüt edəndə hər şey qaydasında idi. 21 yaşlılardan ibarət milli komandaya da dəvət almışdım. Sonradan şans almamağa başladım. Amma mən hər zaman məşqlərimi davam etdirirəm. Nə vaxt şans verilsə dəyərləndirnməyə hazıram".

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right