AFFA ilə Beynəlxalq Bank arasında pul davası

Bu ilin fevralında "İnter"i qəyyumluğa götürən AFFA ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında problem yaranıb. Assosiasiya ABB-dən klubun hesabına 500 min manat ödəməsini tələb edir.
 

Newsport.az saytının məlumatına görə, “Fitch” beynəlxalq reytinq agentliyinin xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirdiyi bank, sən demə, ötən yay Avropa Liqasında 2 mərhələ keçən komandaya UEFA-ya ayırdığı vəsaiti öz hesabına yönləndirib və həmin pulun bir hissəsi ilə "İnter"in iki aylıq maaşı ödəyib. Halbuki ABB keçən sezonun əvvəlində AFFA-ya 500 min manatlıq bank zəmanəti verib və qurum bu məbləğlə "bankirlər"in yanvar və fevral aylarının əməkhaqqısını qarşılayıb. Federasiya yalnız mart ayının ödəmələrini öz büdcəsindən edib.
 
Mayın son günlərini yaşayırıq, kollektiv hələ aprelin maaşını almayıb. AFFA indi bankın yaxasından yapışıb ki, UEFA-nın ayırdığı pulu nə cür götürübsə, elə də yerinə qaytarsın, beləliklə, axır 2 ayın borcu bağlansın. Çünki ABB klub qarşısında öhdəlik götürüb və Avropa futbol qurumunun "ənam"ından istifadə etməklə, bunu öz adına çıxmaq səlahiyyətində deyil. 12 il "İnter"i maliyyələşdirmiş bank isə göstərilən məbləği qaytarmaq iqtidarında olmadığını iddia edərək, AFFA rəsmilərini arxasınca süründürür (sportinfo).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right