Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı stadionu seçildi

Qətərin paytaxtı Doha şəhərində Dünya Stadionlar Konqresi keçirilib. Həmin tədbirin sonunda müxtəlif nominasiyalar üzrə təltif edilən dünyanın ən yaxşı stadionları arasında Bakı Olimpiya Stadionu (BOS) da yer alıb.

Newsport.az-ın məlumatına görə, 68 min tamaşaçı tutumuna malik bu arenamız "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb. BOS-un tikintisində iştirak edən "Tekfen İnşaat", "Heerim Memarlıq və Planlama" da təbrik edilib.

Tədbirdə müxtəlif kateqoriyalar üzrə Moskvada yerləşən "VTB Arena", "Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou", Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin "Həzza Bin Zayed" stadionu mükafata layiq görülüb. Səsvermənin münsifləri məşhur tikinti eksperləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right