Vüqar Bəybalayev: "Kəpəz"in oyun tərzinə uyğunlaşa bilmədim" AÇIQLAMA

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sumqayıt" Vüqar Bəybalayevi heyyətinə qatıb.

Newsport.az-a açıqlama verən gənc yarımmüdafiəçi "kimyaçılar"a keçidi haqda danışıb:

"Sumqayıt"dan təklif gəldi və bunu müsbət dəyərləndirdim. Məşqlərdə çox çalşıb mənə olan ümidləri doğrultmağa çalışacam".

V.Bəybalayev "Kəpəz"dan ayrılmaq səbəbini də açıqlayıb:

"Gəncə klubunda hər şey yolunda idi. Bütün kollektivlə yaxşı münasibətim var idi. Lakin komandanın oyun tərzinə uyğunlaşa bilmədim. Futbolda belə şeylər çox olur. Düşündüm ki, "Sumqayıt"da özümü daha yaxşı tərəfdən göstərə bilərəm. Mən Sumqayıtda doğulmuşam. Ailəmin də burada yaşamağı keçidimdə böyük rolu oldu.

"Kəpəz" azarkeşlərinə komandaya və mənə daima dəstək olduğu üçün minnətdarlığımı bildirirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right