"Qəbələ"nin 8-ci medalı

Dünən U-19 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.
 
Newsport.az-ın məlumatına görə, “Qəbələ” XXXIII turun qarşılaşmasında “Şərurspor” üzərində texniki qələbə qazanıb. 
 
Rəqib komanda yarışda çıxışını dayandırdığından “qırmızı-qaralar”a meydana çıxmadan 3 xal əldə edib – +:- (3:0). Bu, komannın mövsümdə 24-cü qələbəsi olub. Hesabında 6 heç-heçə və 3 məğlubiyyət olan “Qəbələ” 78 xalla çempionatı 2-ci pillədə başa vurub.
 
Gümüş medallara yiyələnən komanda yarışda 107 qol vurub, 22-ni buraxıb.
 
Bu, futbol akademiyanın cari mövsüm liqalarda qazandığı 8-ci mükafat olub. Bunadək U-16, U-15, U-13, U-12, U-11 qızıl, U-14 və U-10 bürünc medallara yiyələnib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right