Hafiz Məmmədov: "Bakı"nı nə satmaq, nə də bağlamaq niyyətindəyəm"

Yaxın günlərdə "Bakı"da çoxdandı gözlənilən  toplantı keçiriləcək. Prezident Hafiz Məmmədovun çağırdığı iclasda klubun gələcəyi ilə bağlı mühüm qərarların veriləcəyi gözlənilir. 

 

Newsport.az-ın məlumatına görə, tanınmış iş adamı hazırda həvəskarlar liqasında mübarizə aparan komandanın fəaliyyətini dayandırmasını istəmir: 

 

"Mənə bəzi şəxslər təklif edib ki, "Bakı"ya köməklik göstərməyə hazırıq. Şərt qoyurlar ki, bu dəstəyin qarşılığında bazanı onlara verək. Mən bununla razılaşmadım. Hər işdə bir xeyir var. "Bakı"nın və qurduğum biznesin indiki vəziyyətə düşməsinin səbəbi, səbəbkarları var, onları yaxşı tanıdım. Gələcəyə həmişə ümidim olub və yenə olacaq. "Bakı" bizə məxsusdu. Bu klubu nə kiməsə satmaq, nə də bağlamaq fikrindəyəm". 

 

Sportinfo.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right