"Sumqayıt" Türkiyəyə gedəcək

Ölkə çempionatının 2016/17 mövsümünü 6-cı pillədə başa vuran "Sumqayıt"ın hansı ölkədə toplanış keçəcəyi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, komanda Türkiyəyə yollanacaq.

Belə ki, "gənclik şəhəri" təmsilçisi Bolu şəhərində hazırlaşacaq. Komanda iyul ayının ortalarında adıçəkilən şəhərə üz tutacaq.

"Kimyaçılar" Türkiyə toplanışı çərçivəsində bir neçə yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələ bəlli deyil. Hazırda bununla bağlı danışıqlar gedir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right