İlqar Qurbanov Türkiyəni seçdi

"Qarabağ” klubundan ayrılan futbolçu İlqar Qurbanovun "Qəbələ” komandasına keçidi baş tutmayıb. 
 
Newsport.az-ın məlumatına görə, bu barədə "Report”a "qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı bildirib.
 
O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istəyir: "İlqar Qurbanovun "Qəbələ”yə keçidi gündəmimizdə idi. Lakin o, karyerasını Türkiyədə davam etdirmək istədiyi üçün komandamıza transferi baş tutmadı”.
 
Qeyd edək ki, Türkiyənin "Fənərbağça” klubunun yetirməsi olan İlqar Qurbanovun peşəkar futbolçu kimi müqavilə bağladığı ilk klub "Xəzər Lənkəran” olub. O, karyerası ərzində "Olimpik-Şüvəlan”, eləcə də Türkiyənin "Sivasspor”, "Boluspor” və "Mesin İdman Yurdu” klublarının formasını geyinib. Azərbaycan milli komandasının sabiq üzvü 2011-ci ildən "Qarabağ”da çıxış edirdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right