Media Komitəsi millimizin üzvləri ilə Newsport.az-ın redaktoru arasındakı qalmaqalla bağlı bəyanat yaydı

AFFA yanında Media Komitəsi bəyanat yayıb.
 
Newsport.az həmin bəyanatı təqdim edir:
 
"AFFA yanında Media Komitəsi (MK) mayın 8-də 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Bayıl stadionunda keçirilən Azərbaycan – Kamerun oyunundan əvvəl newsport.az saytının rəhbəri Mərdan Həsənov ilə U-23-ün oyunçularından Elnur Cəfərov, Azad Kərimov və baş məşqçi Yaşar Vahabzadə arasında yaşanan insidenti pisləyir, xüsusən də məsul oyuna hazırlaşan yığma üzvlərinin həmkarımıza münasibətdə yersiz aqressivlik sərgiləməsinin yolverilməz olduğunu bildirir.
 
MK jurnalist – futbolçu münasibətlərində sivil davranış qaydalarının, peşəkarlıq prinsiplərinin qorunmasını istəyir. 
 
MK AFFA rəhbərliyindən olayın hərtərəfli araşdırılmasını və bununla bağlı quruma məlumat verilməsini xahiş edir".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right