Mirhüseyn Seyidov “Səbail”də!

Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” klubu seleksiya işlərini davam etdirir.

Newsport.az-ın məlumatına görə, baş məşqçisi Samir Əliyev olan komandanın əsas məqsədi gənc oyunçulara güvənməkdi. Təsadüfi deyil ki, klubun baş məşqçisi Naxçıvanda keçiriləcək Heydər Əliyev kubokunu izləyib, seçim edəcək.

Digər bir iddiaya görə, 21 yaşlı futbolçulardan ibarət milli komandanın sabiq kapitanı, hazırda “İnter”də çıxış edən Mirhüseyn Seyidov paytaxt komandasının hədəfindədir. “Neftçi”nin yetirməsi olan Seyidovun “Səbail”ə keçidi istisna olunmur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right