"Qəbələ" 2 futbolçu ilə yolları ayırdı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” heyətində “təmizləmə işləri”ni davam etdirir.

Newsport.az-ın məlumatına görə, əyalət təmsilçisi daha 2 futbolçu ilə yollarını ayırıb. Bunlar mərkəz müdafiəçiləri Murad Musayev və Rafael Santosdur. Hər iki futbolçu ilə yeni müqavilə imzalanmamağa qərar verilib.

Qeyd edək ki, “qırmızı-qaralar” bundan öncə Rəşad Sadiqov, Rəşad Eyubov, Daniel Subotiç , Məhəmməd Mirzəbəyov və Sergey Zenyov ilə yollarını ayırmışdı. (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right