Elşən Abdullayev: "Tarixi nəticə əldə etdik" AÇIQLAMA

İslam Həmrəliyi Oyunlarının futbol yarışlarının finalında Azərbaycan millisi Oman yığmasını 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Newsport.az-a oyundan sonra açıqlama verən komandamızın yarımmüdafiəçisi Elşən Abdullayev qələbəni şərh edib:

"Əlcazairlə oyundan sonra bildirmişdim ki, əsas məqsədimiz qələbə qazanmaqdır. Doğma meydanda oynayırdır. Bu amildən yararlanıb çempion olmaq istəyirdik. Şükürlər olsun ki, bura kimi gəlməyi bacardıq. Qızıl medala sahib olacağımıza inanırdıq. Yarımfinalda qələbə qazanandan sonra daha bu, daha da artmışdı. Doğma meydanda mübarizə apardığımız üçün mütləq şəkildə qələbə qazanmalı idi. Əlbəttə ki, sevindiricidir. Tarixi nəticə əldə etdik. Bu, bizim üçün şərəfdir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right