Yaşar Vahabzadə: "Millimiz bundan daha üstün uğurlar əldə edəcək" MÜSAHİBƏ

 Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının finalında Azərbaycan millisi Oman yığmasını məğlub edib - 2:1.
 
Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Yaşar Vahabzadə qələbəni şərh edib:
 
"İlk hissədə 2 qol vurduqdan sonra futbolçularda arxayınlıq yarandı. Amma özlərini toparlamağı bacardı. Futbolçularım bilirdi ki, qalib gəlmək lazımdır. Sağ olsunlar, qalib gəlib, qızıl medalı qazandılar"

 

- Rəqib fərqi azaltdıqdan sonra qorxmadınız ki?

- Bir az həyəcan var idi, amma futbolçular nə etdiyini bilirdilər. Əsas odur ki, qalib gəldik.

- Bu qızıl medalları Azərbaycan millisinin ən böyük uğuru adlandırmaq olarmı?

- Düşünürəm ki, millimiz bundan daha böyük uğurlar əldə edəcək.

 

- Futbolçular bəzən deyinirlər, sərt olurlar. Komandada nizam-intizam nə yerdədir?

- Bəzən tapşırıqları yerinə yetirməyəndə istər-istəməz əsəbi olurlar. Ümumilikdə nizam-intizam qayadındadır. 

 

- Yarışın səviyyəsi sizi qane etdimi?

- Əlbəttə! Çox gözəl təşkil edilmişdi.

 

- Bu yarışda komandamızın ən yaxşı oyunçusu kimi hesab edirsiniz?

- Futbol kollektiv oyundur. Burada kimisə çox fərqləndirmək düzgün olmaz. Komandada istək var  idi, əzmkarlıq nümayiş etdirirdilər. Kimisə fərqləndirmək istəmirəm.

 

- Komandada nədən narazısız?

- Futbolçular öz aralarında əlaqəni düzgün qura bilmirdilər. Bir çox futbolçumuz komandaya gec qoşuldu. Bu səbəbdən bir az problem oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right