Omanın baş məşqçisi: "Azərbaycan bu oyuna yaxşı hazırlaşmışdı" MÜSAHİBƏ

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində final görüşü keçirilib. 
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi finalda Omanı 2:1 hesabı ilə məğlub edərək İslamiadanın qızıl medalına yiyələnib.
 
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Həmid Əl-Əzəmi məğlubiyyəti şərh edib:
 
"İlk öncə onu qeyd edim ki, yarış çox gözəl təşkil olunub. Əvvəlki yarışlara nisbətən bu yarışlar daha yaxşı təşkil olunub. Yarışın iştirakçılarına da buraya gəldikləri üçün təşəkkürümü bildirirəm. 
 
Azərbaycan bu oyuna çox yaxşı hazırlaşmışdı. İlk hissədə çoxlu səhvlərimiz oldu. Rəqibimiz isə daha yaxşı və səhvsiz oynadı. İkinci hissədə hücum oyunu oynadıq. Buna baxmayaraq, məğlub olduq. Bu, bizim üçün çox böyük təcrübə oldu".
 
- Hakimlikdən narazılığınız varmı?
- Artıq oyun bitib. Hakimlərlə bağlı oyunu izləyənlər qiymət versin.
 
- Yarışa gənc oyunçularla qatılmışdınız...
- Qarşıdan Asiya çempionatı gəlir. Biz oraya hazırlaşacağıq. Bunadək biz bu yarışa gənc  futbolçularla hazırlaşırdıq. Bu yarışda onlara şans verməyə çalışdıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right