Rəşad Sadıqov: "Şimali İrlandiya ilə matçda meydanda olacam" MÜSAHİBƏ

U-19 Liqasının sonuncu turunda "Qarabağ" öz meydanında AZAL-ı 7 - 0 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra 2 tur əvvəl çempionluğu təmin etmiş Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutub. Mərasim başa çatdıqdan sonra "Qarabağ"ın baş məşqçisi Rəşad Sadıqov newsport.az saytına müsahibə verib:

- İki tur əvvəl çempion olmuşduq. Çalışırdıq ki, futbolçular bu gün də həvəslə oynasınlar. Çempionluq qazanıldaqdan sonra nə qədər çalışsan da komandanı istədiyin kimi motivasiya edə bilmirsən. Buna baxmayaraq komandam yaxşı oynadı. Ən əsası odur ki, mövsümü çempion kimi başa vurduq. Çox iş gördük, futbolçularımız çox çalışdı. Çempion olmaq sevindirici haldı.

- Futbolçu kimi qızıl medal daha dəyərlidi, yoxsa baş məşqçi kimi?

- Bu qızl medalın yeri mənim üçün fərqlidi. Digərləri ilə müqayisə edə bilmərəm. Çünki məşqçi kimi ilk qızılımdı. Təbii ki, digərlərindən fərqlənir.

- Mətbuatda "Qarabağ"ın U-19 komandasının baş məşqçisi postundan gedəcəyin deyilir. Bu məlumat nə dərəcədə düzgündü?

- Qurban Qurbanovla görüşümüz olacaq. Məsləhət edəcəyik. Qarşıda bizi millinin oyunu və Çempionlar Liqası gözləyir. Həmin oyunlara hazırlaşmalıyıq. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. Ola bilər ki, U-19 liqasında başqa komanda olsun, Gənclər Liqasında oynayacaq komandanı əvəzedici heyətdən hazırlayaq.

- Milli komandamızın qarşıda Şimali İrlandiya ilə oyunu var. Bu haqda nə deyə bilərsən?

- Bizi vacib oyun gözləyir. Bunu hamımız dərk edirik. Sabah Avstriyaya yola düşürük. Bizim üçün hər şeyin yaxşı olması üçün əlimizdən gələni edəcəyik. Amma qarşımızdakı rəqib də güclüdü.

- Zədən nə yerdədi?

-Bəli, zədəm var. Artıq trenajorda məşqlər etməyə başlamışam. 4-5 günə komandaya qoşulacam. Hər şey qaydasında getsə Şimali İrlandiya ilə matçda meydanda olacam.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right