"Bura qədər gəlimişiksə, çempion da olmaq isəyirik" - Ağabala Ramazanov

Əlcəzairlə oyun qələbə qazanan və finala yüksələn 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov newsport.az saytının əməkdaşının suallarını cavablandırıb.

“Oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin topla oynamağı çox sevən komanda olduğunu əvvəlcədən bilirdik və buna uyğun planlar qurmuşduq. Məşqçimiz də rəqibin oyunçularına yaxın olmağı tapşırmışdı. Şükürlər olsun ki, qələbə qazandıq, sevinirik”.

 

- Rəqib futbolçular oyun ərzində tez-tez narazılıq edirdilər, hakimlərdən şikayətlənirdilər. Səncə, bu, nə ilə bağlı ola bilər?

- Yox, rəqib əvvəlki oyunlarda da belə etmişdi. Ora qışqırırdılar, bura qışqırırdılar. Kapitanlarına da dedim ki, biz müsəlmanıq. Çox aqressiv idilər, amma niyə belə olduqlarını bilmirəm.

- Finala çıxdınız. Birinci olacağınıza inanırsınız?

- Vaxtımız azdır. Çalışacağıq ki, tam ciddi şəkildə hazırlaşaq. Bura qədər gəlimişiksə, çempion da olmaq isəyirik.

- Yorğun olduğunuz hiss olunur..

- Düzdü, yorğunluq var. Ən böyük problemimiz stadiondu. Süni örtüklü meydançadan çıxıb təbii örtüklü meydançada oynamaq çətindir. Mən 15-ci dəqiqədən sonra ayaqlarımı hiss etmirdim.

- Finalda hansı komanda ilə qarşılaşmaq istəyərsiniz?

- Məncə, Kamerun finala çıxacaq. Oman Kamerunu məğlub edib finala çıxsa, deməli, Oman güclüdür. Bu, bizim üçün daha çətin olacaq (gülür).

- Komanda yaxşı oynasa da, qol imkanlarından maksimum istifadə edə bilmir. Bunun səbəbi nədir?

- Əlbəttə, qol imkanlarından maksimum istifadə edə bilməmək bizim üçün problemdi. Məşqçimiz bunun üzərində işləyəcək. Biz özümüz də imkanlardan istifadə edə bilməməyimizi müzakirə edirik. Ümid edirəm ki, finalda bu problemlər olmayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right