Yaşar vahabzadə: "Ən yaxşı oyunlarımızıdan birini keçirdik"

"Rəqib çox əzmkar oyun nümayiş etdirdi. Bizim uşaqlar sağ olsunlar, mübarizə apardılar və qalib gəldik. Ən yaxşı oyunlarımızıdan birini keçirdik".

Newsport.az-ın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının yarımfinal matçında Əlcəzair yığması üzərində 2:0 hesablı qələbədən sonra söyləyib.

57 yaşlı mütəxəssis bildirib ki, rəqibin oyununu yaxşı analiz ediblər. O, rəqibin cinahlardakı boşluqlarındam yararlandıqlarını vurğulayıb.

Baş məqşqçi Əlcəzairli jurnalistin "Əlcəzairin hakimlərin haqsızlığına və rəqib futbolçuların kobudluğuna məruz qalması barədə nə deyə bilərsiniz" sualına bu cür cavab verib:

"Kobudluğu Əlcəzair futbolçuları da edirdi. Bəzi epizodlarda qırmızı vərəqə də almalı idilər. Hakimliyə gəlincə, məgər rəqib bizə qol vurdu, referi saymadı?"

Y.Vahabzadə Azərbaycan yığmasının turnir ərzində qol buraxmamasına da münasibət bildirib. O, bunu komanda şəklində müdafiə olunmaqları ilə əlaqləndirib: "Çalışacağıq ki, finalda da qapımızı toxunulmaz saxlayaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right