Əlcəzairin futbolçusundan tərbiyəsizlik: Millimizin formasını tapdaladı

Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Əlcəzair yığmasının futbolçusu Fərid Əl-Melali Azərbaycana qarşı keçirdikləri oyundan sonra tərbiyəsizlik edib.

Newsport.az xəbər verir ki, o, oyun başa çatdıqdan sonra millimizin yarımmüdafiəçisi Tellur Mütəllimovla formasını dəyişib. Ammma Əl-Melali millimizin formasını özü ilə aparmaqla yox, tapdalamaqla kifayətlənib. Belə ki, gənc futbolçu paltardəyişmə otağına yollanan zaman millimizin formasını yer atıb və üstündən keçib.

Melalinin əsəbi bununla da soyumayıb. 20 yaşlı futbolçu paltardəyişmə otağının qapısını da sındırıb.

Qeyd edək ki, Əlcəzair millisi oyundan sonra hakimlikdən şikayətlənib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right