Millimiz finalda! YENİLƏNİB

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçiriləcək.

Newsport.az-ın xəbərinə görə, U-23 millimiz  final uğrunda oyunda Əlcəzair yığması ilə üz-üzə gələcək.

Rəqibimiz mübarizə apardığı B qrupunu lider kimi başa vurub. Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandamız isə qrup ikincisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, komandaməz qrupun ilk oyununda Kamerunla qolsuz heç-heçə edib. İkinci matçında Səudiyyə Ərəbistanına 2 cavabsız qolla qalib gələn yığmamız qrupdakı sonuncu qarşılaşmasında Mərakeşlə bərabərə qalıb – 0:0.

Digər yarımfinal oyununda  Kamerun Omanla üz-üzə gələcək.
 
18 may

İslam Həmrəylik Oyunları

Yarımfinal


12:30. Əlcəzair – Azərbaycan 0-2

Qol: Ruslan Abışov, 39. Məqsəd İsayev, 58

18:30. Kamerun – Oman





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right