Sabiq "Turan"lı Makedoniya kubokunu qazandı

Makedoniya kubokunun qalibinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, kubok uğrunda həlledici  qarşılaşmada “Şkendiya” və “Pelister” komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Buna görə də oyunda əlavə artırılmış dəqiqələrə ehtiyac duyulub. Bu dəqiqələrdə də komandalardan heç biri fərqlənə bilməyib. Oyunun taleyini penaltilər seriyası həll edib ki, 11 metrlik cərimə zərbələrində “Pelister” daha güclü olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Pelister” ölkə kubokunun sahibi adını qazanıb.

Xatırladaq ki, “Pelister”in baş məşqçisi vaxtıilə Tovuzun “Turan” klubunu çalışdıran türkiyəli Naci Şensoydur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right