Nurlan Novruzov: "Heç bir klubla müqavilə imzalamamışam"

"Zirə"dən ayrılan gənc hücumçu Nurlan Novruzovun Premyer Liqanın debütantı "Səbail"lə birillik müqavilə imzaladığı haqda mətbuatda xəbərlər yayılıb.

Newsport.az-ın məlumatına görəNovruzov bu iddiaya açıqlamasında aydınlıq gətirib:

"Hələ ki istirahət edirəm. Düzdür, bir neçə komandadan təkliflər var, ad açıqlamağım düzgün çıxmaz. Hələlik heç bir klubla rəsmi müqavilə imzalamamışam. Bir neçə gün ərzində hər şey məlum olacaq".

sportal.az





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz