"Qəbələ" çempion oldu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə final və 3-cü yer uğrunda qarşılaşma baş tutub.

“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası finalda “Neftçi” ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” həlledici görüşdə 2:1 hesablı qələbə qazanıb. Bununla da “Qəbələ” U-11 Liqasının çempionu tituluna yiyələnib. Qarşılaşmadan sonra qaliblər qızıl medallar və çempionluq kuboku ilə təltif olunub.

Bu, “Qəbələ”nin cari mövsüm liqalarda qazandığı 5-ci çempionluqdur. U-11-ə qədər U-16, U-15, U-13 və U-12 də qızıl medallar qazanmışdı. Xatırladaq ki, U-11 1/8 finalda “Muğan”ı 14:0 və 5:1, 1/4 finalda “Ağsu”nu 3:1 və 4:1, yarımfinalda “Sumqayıt”ı 4:1 və 4:2 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right