Azərbaycanlı ulduzlar "Dostluq üçün futbol" layihəsini dəstəklədi FOTOLAR

Bakıda Dostluq və Futbol Beynəlxalq Günü qeyd edilib.

 

Newsport.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına respublika stadionunda Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş aksiya keçirilib.

 

Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar bu günlərdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir. Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.

 

İlk dəfə “Dostluq və Futbol Günü” “Qazprom”un beynəlxalq uşaq sosial proqramı “Dostluq üçün futbol” (Football for Friendship) çərçivəsində gənc səfirlər tərəfindən 2014-cü ildə FİFA və UEFA-nın dəstəyilə baş tutub. Həmin gün ümuminsan dəyələrini – bərabərlik, digər xalqların mədəniyyətlərinə hörmət və əmin-amanlıqda yaşamağı dəstəkləyən hər kəs qoluna göy-yaşıl dostluq bilərziyi taxıb. Bilərziyin göy rəngi sülh səmasını, yaşıl isə - hər kəsə əlçatan futbol meydançasını simvolizə edir.

 

Bakıda layihə dəyərlərinə məşhur aparıcı, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının səfiri Hacı Nuran, “Qarabağ” klubu və Azərbaycan yığmasının futbolçusu Qara Qarayev, məşhur mədəniyyət xadimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva, “Şahdağ” FK-nın prezidenti Ərəstun Niftiyev,  Şaolin Döyüş Sənətləri Federasiyasının fəxri üzvü, döyüş sənətləri üzrə Avropa və dünya çempionu Tofiq Abışlı, məşhur rəssam, sərbəst güləş üzrə ustad Ceyhun Abdullayev, 1news.az İnformasiya Agentliyinin “Bomond” bölməsinin jurnalisti Feliks Vişnevetskiy də qoşulub.

 

“Dostluq üçün futbol” layihəsi çərçivəsində azərbaycanlı nümayəndələr Rəvan Kazımov və Asəf Aydəmirov simvolik bilərzikləri taxıblar.

 

“Əgər sülh olmasa, peşəkar idman və sağlam həyat tərzi də olmayacaq. Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının səfiri kimi əminliklə sülh və əmin-amanlığı dəstələyirəm. “Dostluq üçün futbol” layihəsinin bütün təşkilatçı və iştirakçılarına uğurlar diləyirəm”, - məşhur aparıcı Hacı Nuran bildirib.

 

 

Dostluq üçün futbol” kimi layihələri hər zaman dəstəkləmək lazımdır. Axı idman hər şeydən öncə xalqın sağlamlığı, gələcək nəslin sağlamlığıdır. Bu layihə də təkcə xalqları idmana deyil, həmçinin dünyanın 60 ölkəsindən olan yeniyetmə və idmançıları biləşdirir. Bizlərə sadəcə “Dostluq üçün futbol” layihəsinin bütün iştirkaçılarına uzun illər boyu uğurlar arzulamaq qalır”, - Zöhrə Əliyeva  söyləyib.

 

“Hər zaman sağlam həyat tərzini təbliğ etmişəm. Axı ilk öncə tibbi təhsilli və kifayət qədər uzunsürən idman karyeram var. Demək olar ki, bütüm idman növləri, xüsusilə də futbol gəncləri sağlam həyat tərzinə səsləyir. Düşünürəm ki, futbolçulara təkcə bu layihə deyil, dünyaya sülh, azad iradə bəxş etmək istəyənlər üçün də vacibdir”, - deyə Tofiq Abışlı bildirib.

 

Sərbəst güləş üzrə ustad Ceyhun Abdullayev isə hesab edir ki, dünyanın dörd bir yanından uşaqları birləşdirmək təşəbbüsü tərifəlayiqdir:

 

“Bu cür layihələr çox olmalıdır. Bu, uşaqlar üçün stimul yaradaraq dünyadakı bütün həmyaşıdları ilə ünsiyyət qurmaq şansı yaradır. Hazırki qeyri-sabit dünyamızda bu cür sülh, birlik, sağlamlıq və idmana səsləyən layihələr müsbət çağırışdır”.

 

“Möhtəşəm layihədir. Sevindirici haldır ki, iki il ard-ardına azərbaycanlı uşaqlar bu cür layihədə iştirak edir. Məqsədimiz gənclərimizdə uşaq futbolunu inkişaf etdirmək, digər xalqlara və mədəniyyətlərə etiramı tərbiyə etməkdir. Axı uşaqlar bizim gələcəyimizdir”, - deyə “Qarabağ” klubu və Azərbaycan yığmasının futbolçusu Qara Qarayev bildirib.

 

“Sevindirici haldır ki, gənc azərbaycanlı futbolçu və jurnaslist “Dostluq üçün futbol” layihəsinin iştirakçısı olublar. Erkən yaşda yeniyetmələr üçün bu cür imkanların yaradılması çox xoşdur. Bu, uşaqların gələcək uğurları üçün çox gözəl əsasdır”, - deyə 1news.az İnformasiya Agentliyinin “Bomond” bölməsinin jurnalsiti Feliks Vişnevetskiy bildirib.

 

“Dostluq üçün futbol” layihəsi yaşından, cinsi mənsubiyyətindən və fiziki imkanlarından asılı olmayaraq uşaqları sülh və dostluğa öyrədir. Sevindirici haldır ki, “Şahdağ” FK bu proqrama yerli operator kimi dəvət olunub. Ümid edirəm ki, nə vaxtsa ölkəmizdə final yarışları keçirirək dünyadan bütün uşaqları Azərbaycana dəvət edə biləcəyik”,  - deyə “Şahdağ” futbol klubunun vitse-prezidenti Rüstəm Əzimov bəyan edib.

 

“Dostluq və futbol Günü”nü Rusiya, ABŞ, Braziliya, Hindistan, Çin, Almaniya, Fransa, Əlcəzair, Suriya, İraq, Yaponiya və dünyanın 60-dan çox ölkəsinə qeyd edilər. 400 mindən çox insan bayram tədbirlərinə qoşulur. “Dostluq və Futbol Günü”nü minlərlə futbolçu, həmçinin Frans Bekkenbauer, Andrey Arşavin, Didye Droqba, Miçel Solqado, Branislav İvanoviç, Teodoras Zaqarakis, Vitor Baya və dünyanın digər futbol ulduzları dəstəkləyir.

 

“Dostluq üçün futbol” layihəsi “Qazprom”un dəstəyilə 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. “Dostluq üçün futbol” layihəsinin aparıcı dəyələri – dostluq, sülh və bərabərlikdir. Layihənin məqsədi - uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

 

İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right