Dünya məşqçilərinin yeni reytinqi Qurbanov gerilədi, Qriqorçuk irəlilədi

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
 

Newsport.az-ın məlumatına görə, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
 
Ötən cədvəldə 450-ci pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 6 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 456-cı yerdə qərarlaşıb.
 
45 yaşlı çalışdırıcı siyahıda Marko Silva, Xose Qonsales, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Frank de Bur, Manolo Ximenes, Petit, Manuel Pelleqrini, Alan Pardyu, Ümit Özat, Hamza Hamzaoğlu, Lui van Qal, Bob Bredli, Tayfun Korkut, Hasan Kutlu, Hüseyn Kalpar, Mayk Felan, Vitor Pereyra və Çezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
 
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 5 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 650-cidir.
 
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16860 xal var. 2-ci yerdə 14204 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 13821 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11452 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 10861 xalla 5-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right