Yaşar Vahabzadə: "Bizə lazım olan nəticəni əldə edə bildik"

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində A qrupunda mübarizə aparan milli komandamız Mərakeşlə 0:0 hesablı bərabərlik əldə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, rəqibə qələbə lazım idi. Onlar daha çox standart vəziyyətlərdən yararlanmağa çalışırdılar. Oyunumuzda müəyyən çatışmazlıqlar var idi, amma bizə lazım olan nəticəni əldə edə bildik.

- Oyundakı idarəçilik birmənalı qarşılanmadı. Siz necə düşünürsüz: hakim bizə yardım etdimi?

- Şahruddinlə olan epizodda qapıçımıza qarşı qayda pozuntusu var idi. Amma ilk hissədəki epizodu xatırlamıram.

- Komanda sanki ikinci hissədə daha yaxşı oynayır. Bu, sizin tapşırığınızdırmı?

- Düşünmürəm ki, bu, belədir. Əvvəlki oyunlarda külək amili var idi. Belə bir tapşırığım olmayıb.

- Məqsəd İsayevin zədəsi ciddidirmi?

- Hələlik heç nə deyə bilmərəm. Həkim müayinəsindən sonra buna aydınlıq gələcək…

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right