“Qəbələ”dən növbəti çempionluq

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası finalda Gəncə təmsilçisi “Azəri” TİM ilə görüşüb.

“Qırmızı-qaralar” həlledici görüşdə böyükhesablı qələbə qazanıb – 3:0. Final qarşılaşmasında Okan Təhməzli 2, Ömər Qurbanov 1 qol vurub. Bununla da “Qəbələ” U-12 Liqasının çempionu tituluna yiyələnib.

Qarşılaşmadan sonra qaliblər qızıl medallar və çempionluq kuboku ilə təltif olunub. Okan Təhməzli yarışın ən yaxşı futbolçusu kimi mükafatlandırılıb.

Qeyd edək ki, U-12 cari mövsümdə “Qəbələ”nin çempion adını qazanan 4-cü komandasıdı. Bunadək bölgə təmsilçisinin U-13, U-15 və U-16 komandaları da qızıl medallar əldə etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right