AZAL fəaliyyətini bərpa etdi başqa adla mübarizə aparacaq

AZAL Peşəkar Futbol klubu fəaliyyətini bərpa edib.

 

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı bəyanat yayıb.

 
AZAL Peşəkar Futbol Klubunun ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olmuş və bununla bağlı çoxsaylı müraciətlər edilmişdir.
 
Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən AZAL futbol klubunun məhz qəsəbənin adını daşıyan “Şüvəlan" Futbol Klubu adı ilə fəaliyyətinə davam etməsi qərara alınmışdır. “Şüvəlan" Futbol Klubu yeni mövsümdə I Divizionda təmsil olunacaq. Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right