"İnter"də yeni təyinat

Zaur Axundovun “İnter” klubunda Müşahidə Şurasının sədri vəzifəsinə gəlişindən sonra dəyişikliklərin olacağı bəlli idi. İlk olaraq futbolçuları komandada saxlayan yeni rəhbərlik artıq klub strukturunda da islahatlara start verib.

Newsport.az-ın məlumatına görə, “İnter”in uşaq futboluna yeni koordinator təyin olunub. Bu vəzifə Rövşən Babayevə tapşırılıb. Bir çox klublarda çalışmış Babayevin son iş yeri “Vətən” klubu olub. Təcrübəli mütəxəssis orada da koordinator işləyib.

Qeyd edək ki, “İnter”də uşaq futbolunun koordinatoru olan Rafael Yusifovun klubla müqaviləsi sona çatıb. 

“Het-trik news”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right